Xocalını unutmayaq

Xətai rayonu 27 nömrəli tam orta məktəbdə məktəbin fəaliyyət planının 1.3.24 bəndinə uyğun olaraq 5E” sinifinin sinif rəhbəri Sevda Abışovanın təşkilatçılığı ilə Xocalı faciəsinin  28-ci il dönümü ilə əlaqədar "Xocalı bizi səsləyir" adlı tədbir keçirildi. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq səlnaməsinin təbliğidir. Xalqımızın qan yaddaşında dərin iz buraxan dəhşətli faciəni  şagirdlərə göstərmək, onlarda vətənpərvərlik ruhunu aşılamaqdır. Şagirdlər Xocalı faciəsini, o dəhşətli gecə baş verənlər haqqında  içlərindəki o acını nümayiş etdirməyə çalışdılar.

Tədbirə , Xocalı hadisələrində xüsusi igidlik  göstərdiyinə görə Azərbaycanın Millii Qəhrəmanı adına layiq görülmüş məktəbimizin məzunu Hikmət  Nəzərlinin ailə üzvləri dəvət olunmuşdular. Qəhrəmanın bacısı, bibisi çıxış edərək Hikmət haqqında öz xatirələrini danışdılar.Məktəbin direktoru Cəmilə Ramazanova və tərbiyə işləri üzrə direktor  müavini təşkilatçı Arzu İbrahimova öz çıxışlarında qiyabi olaraq bir daha o müdhiş günləri xatırlatdılar  və zalda əyləşən şagirdləri vətənpərvər olmağa səslədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi