“Yaşayan əfsanələr” adlı tamaşa-viktorina

    

Əfsanələr xalqın tarixini, dünyagörüşünü özündə əks etdirən folklor janrı kimi bugünkü oxucunu real aləmdən miflər aləminə səyahətə aparır. Məhz xalqın tarixini, dünyagörüşünü, arzularını təcəssüm etdirməsi əfsanə janrının tədris prosesində müraciət edilən və şagirdlər tərəfindən sevilən janr olmasına dəlalət edir. 

    7- ci sinif ədəbiyyat fənn kurikulumunun layihələr üzrə iş bölməsi (st.1.1.2., 1.2.2., 2.1.2.,2.2.1.) şagirdlərin təqdimetmə, səhnələşdirmə bacarığına və interaktiv dərs marağına xidmət edir. Bu layihənin tətbiqində məqsəd şagirdlərin Azərbaycan folkloruna, mütaliəyə marağını artırmaq, onlarınq xalqımızın söz sənətinə yaxından tanışlığına təkan verməkdir. 

     Xətai rayonu 27 nömrəli tam orta məktəbdə “Yaşayan əfsanələr” adlı tamaşa-viktorina layihəsi baş tutdu.Layihədə  şagirdlərin oxuduqları əfsanələr yazılı (divar qəzetləri), şifahi (seçilmiş əfsanənin bədii qiraət normaları ilə danışılması) təqdimatları nümayiş etdirildi. Şagirdlərin oxuduğu 17 əfsanənin mövzu, ideya, obrazlar aləmindən bəhs edən 18 sual əsasında “Əbədi ədəbiyyat”, “ Qədim ədəbiyyat”, “Əfsanəçilər”, “Xarıbülbül”, “Folklorumuz” adlı 5 qrupda birləşmiş şagirdlərin diqqəti və oxuyub-anlamaya əsaslanan mütaliə bacarıqları yoxlanıldı. Azərbaycanın məşhur tarixi-toponimik əfsanələrindən olan “Əshabi-Kəhf”  şagirdlər tərəfindən səhnələşdirilməklə onların obrazlaşdırma, teatr bacarıqları nümayiş etdirildi. Azərbaycan ədəbiyyatının ən qədim və məşhur etnoqrafik əfsanələrindən olan “Aldədə” əfsanəsinin baş qəhrəmanı Aldədə obrazı canlandırılmaqla məktəblilərə odlar yurdunun tarixi, odlar yurdu insanının kimliyi və vətənə münasibəti barədə müraciət edildi. Sonda viktorinanın qalibi olan qrupa məktəb direktoru tərəfindən 1- ci yer mükafatı təqdim edildi.

ОтветитьПереслать

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi