Doğma dilim-Ana dilim .

     Bu gün 27  nömrəli tam orta məktəbdə 21 fevral- Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirilmişdir.Azərbaycan dövlət himni ilə başlanan tədbirdə  məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edirdi.

    Məktəbin Poeziya dərnəyinin rəhbəri Iskəndərli Xanımın  təşkilatçılığı ilə hazır olan tədbirdə məktəbin şagirdləri öz məharətlərini göstərdilər.

      Məktəbin direktoru Cəmilə Ramazanova giriş sözü ilə tədbiri açaraq qonaqlar, müəllim və şagirdləri "Beynəlxalq Ana Dili" günü münasibətilə təbrik etdi. Direktor vurğuladı ki, dünya dilləri sırasında Azərbaycan dili özünəməxsus yer tutmaqdadır. Dilimiz mənəvi sərvətimizdir. Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır.

       Tədbirdə çıxış edənlər fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd edilməsinin tarixindən danışmış, dilimizin zənginləşdirilməsi və inkişaf etdirilməsində ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamışlar.

     Həmçinin qeyd edilib ki, dilimizin inkişafında və saflığının qorunmasında müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Vurğulanıb ki, cəmiyyət mədəniyyəti qoruyarsa, mədəniyyət də cəmiyyəti xilas edər.Bildirilib ki, ana dili xalqın varlığını təmin edən amillərdən biri, insanın, bütövlükdə millətin, xalqın mənəviyyat aynasıdır. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilimiz xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Bu dil Azərbaycan xalqının fikrinin, düşüncəsinin, əqidə və məsləkinin, milli ruhunun ifadəsidir. Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçib, ancaq öz mənliyini, milliliyini, dilini itirməyib. Biz müstəqil dövlətin, azad xalqın nümayəndəsi kimi doğma dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.

        Tədbirdə məktəblilərin ifasında ana dilimizin gözəlliyini tərənnüm edən şeirlər səslənmiş, mahnılar oxunmuş, ədəbi-bədii kompozisiya təqdim edilmişdir.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi