20 yanvar-Qan yaddaşımızdır.
Yanvarın 17-də Xətai rayon 27 nömrəli tam orta məktəbdə "20 Yanvar -Qan yaddaşımız" adlı konfrans keçirilmişdir. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin tarix müəllimləri İslam Vəliyev və Aygün Əzizova şagirdlərə 20 yanvar hadisələrinin Azərbaycan tarixində yeri və nəticələri barədə ətraflı məlumat veriblər. 20 Yanvar hadisələri Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi bir gerçəklikdir, xalqımızın verdiyi qurbanlara, yaşadığı qanlı faciəyə baxmayaraq, 20 Yanvar təkcə faciə günü yox, eyni zamanda tariximizin şərəfli səhifəsi olmaqla qəhrəmanlıq nümunəsidir.