İstedad axtarışında.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində olduğu kimi 27 nömrəli tam orta məktəbdə də 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbirləri keçirildi. Rəsm, bədii qiraət, inşa yazı müsabiqələri və şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olundu, divar qəzetləri hazırlandı.İstedadlı şagirdlərimiz keçirilən tədbirlərdə öz məharətlərini göstərdilər.
Bayram tədbirlərindən biri də “Qış nağılı” tədbiri idi. Tədbirdə təhsil müəssisəsinin rəhbərləri, müəllim, şagird, valideyn və digər qonaqlar iştirak etdilər. Zalın mötəşəm tərtibatı, şagirdlərin ruh yüksəkliyi ilə nümayiş etdirdikləri ədəbi-bədii kompozisiyalar hamıda xoş təəssürat yaratdı.