Həm mütaliə etdik, həm də seyr etdik
Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə kütləvi “Oxu Günü” keçirilib.Bu maraqlı və çox faydalı layihəyə 27 saylı tam orta məktəbin şagirdləri də qoşuldu.Məlum olduğu kimi layihənin hədəfi mütaliəyə diqqətin artırılması, yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.Elə bu məqsədlə məktəbimizdə Azərbaycan dili və ədəbiyyatı müəllimi Səkinə Novruzovanın dəstəyi və təşəbbüsü ilə Azərbaycan klassiklərinin əsərlərinin kütləvi oxusu baş tutdu.Aksiyada yuxarı sinif şagirdləri iştirak edirdi.Sonra şagirdlər Azərbaycan Akademik Milli Dram Teatrı aktyorlarının ifasında görkəmli ədibimiz Mirzə Cəlilin "Anamın kitabı"əsərinin tamaşasına baxdılar.Tamaşadan böyük təəssüratla ayrılan şagirdlər öz fikirlərini digər yoldaşları ilə bölüşdülər.