269 №-li tam orta məktəbdə ,,Beynəlxalq sülh günü”

Ölkəmizdə 21 avqust – 21 sentyabr tarixi ,,Beynəlxalq sülh günü” ilə əlaqədar ənənəvi olaraq ,,Sülh aylığı” elan olunduğundan , bu çərçivədə bizim məktəbdə geniş tədbir keçirildi. Tarix və ədəbiyyat müəllimələri məruzələrlə çıxış edərək bütün ,,Dünyada” sülhün , əmin- amanlığın, qardaşlığın vacibliyini önə çəkdilər. Qeyd etdilər ki, sülh olan yerdə xeyir-bərəkət, anaya, vətənə, təbiətə məhəbbət var, xoş həyat , var-dövlət var. Müharibə isə ölüm, dağıntı, fəlakət və faciələr mənbəyidir. Həmçinin kiçik dövlət olan ailələrimizdə də sülh və əmin-amanlıq çox vacibdir. Övladlarımızın atalı-analı, ruzi-bərəkət içində böyümələri üçün bu çox vacib amildir. Akt zalında keçirilən tədbirdə ailə zorakılığından söhbət açıldı, onun yolverilməzliyindən bəhs edildi. İslam dininin sülh dini olduğu tamaşaçıların diqqətinə çatdırıldı. Natiqlər qeyd etdi ki, terrorizmlə islam bir araya sığmır. İslam – müharibədən uzaq bir dindir.Bu din vasitəsilə qardaşlıq, əmin-amanlıq, xeyirxahlıq, zəif və acizlərə kömək göstərmək, sülh və s. kimi ümumbəşəri dəyərlər təbliğ olunur. Tədbirdə sülhə aid şeir və mahnılar səsləndirildi. Gözəl musiqi nömrələri və rəqslər ifa olundu. Bayırda isə şagirdlər sülh quşu olan göyərçinləri havaya uçurdular. Tədbir çox maraqlı, rəngarəng keçdi və tamaşaçıların zövqünü oxşadı. Sonda xatirə şəkilləri çəkildi. Aşağıda həmin şəkillərdən bəzilərini diqqətinizə çatdırırıq: