Tam orta təhsil səviyyəsi üzrə adi attestatların verilməsi

20.06.2025-ci il tarixində 2024-2025-ci tədris ilində təhsil alan on birinci sinif şagirdlərinə tam orta təhsil haqqında adi attestatlar təqdim olunub. Bu gün 11 illik təhsil yolunun sevincli və duyğulu sonunu yaşadıq. Məzunlarımız illər boyu qazandıqları bilik və bacarıqların rəsmi təsdiqi olan attestatlarını aldılar. Hər bir şagirdin üzündə həm qürur, həm də yeni həyata doğru addımlamağın həyəcanı hiss olunurdu. Əziz məzunlarımız, bu yolun sonunda əldə etdiyiniz attestat sadəcə bir sənəd deyil — sizin zəhmətinizin, əzmkarlığınızın və keçdiyiniz unudulmaz məktəb illərinin bir nişanəsidir. Həyatınızın növbəti mərhələsində sizə uğurlar arzulayırıq.
Uğurlarınız bol olsun, əziz məzunlar.