Qızıl Nişan

Bu gün R.Məmmədov adına 269saylı tam orta məktəbin həyatında qürurverici bir an yaşandı.2024-2025 ci tədris ilində tam orta təhsil səviyyəsi üzrə aparılmış yekun attestasiyanın nəticələrinə əsasən məktəbin XI sinif şagirdi Talıbzadə Müjgan Təyyar qızı Elm və Təhsil naziri Emin Əmrullayevin imzaladığı (16.07.2025-ci il tarixli 3-29/3-2-462F/2025 nömrəli) əmri ilə “Qızıl Nişan” və “Xüsusi Nümunəli Attestat”la təltif olundu.Müjganın bu uğuru məktəbimiz üçün böyük qürurdu.İnanırıq ki, bu nailiyyət həyat yolunda atacağın uğurlu addımların yalnız başlanğıcıdır. Qarşıda səni böyük imkanlar və daha ali amallar gözləyir. Müjganı bu uğur münasibəti ilə məktəb rəhbərliyi və koollektivi adından ürəkdən təbrik edir, ona gələcəkdə daha böyük uğurlara imza atmağı arzulayırıq.