,, Zoologiya Institutu” na ekskursiya

Xətai rayonu 269 nömrəli tam orta məktəbin IV d sinif rəhbəri Adilova Vahidə 25.05.2017-ci il tarixdə Zoologiya İnstitutuna ekskursiya təşkil etdi. Ekskursiya şagirdlərin heyvanlar haqqında öyrəndikləri biliyi möhkəmləndirmək məqsədi ilə aparılmışdır. Uşaqlar kitablarda, televiziyada və başqa mənbələrdə gördükləri quş, balıq və heyvanları əyani surətdə gördülər. Bu da onların böyük marağına səbəb oldu. Şagirdlər onları maraqlandıran suallarla müəlliməyə və bələdçiyə müraciət etdilər. Bütövlükdə uşaqlar ekskursiyadan məmnun qaldılar. Muzeydə bir çox xatirə şəkilləri də çəkildi. Onlardan bəzilərini diqqətinizə çatdırırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi