Şagirdimizin “Future Intelligence Students Olympiad”(FISO)-da uğuru

“Future İntelligence Students Olympiad” (FİSO) şagirdlərin riyaziyyat, ingilis dili, məntiq, kimya, fizika, biologiya və incəsənət kimi müxtəlif sahələrdə bilik və bacarıqlarını sınayıb inkişaf etdirmələri üçün nəzərdə tutulmuş beynəlxalq bir yarışmadır. Olimpiada, tələbələrin elm və təhsil sahələrində öz potensiallarını kəşf etmələrinə və gələcəkdə bu sahələrdə uğur qazanmağa hazırlıq görmələrinə imkan yaradır. İştirkaçılar, həm milli həm də beynəlxalq mərhələlərdə öz bilik və bacarıqlarını nümayiş etdirə bilərlər. Bu olimpiadada, təhsilin bütün aspektlərini əhatə edən və tələbələrin intellektual inkişafına töhfə verən mühüm bir plaftormadır. Məktəbimizin V sinif şagirdi Məmmədzadə Muhamməd bu beynəlxalq olimpiadada iştirak edərək uğur qazanmış və II yerə layiq görülmüşdür. Belə bir beynəlxalq olimpiadada şagirdimizin bu qələbəsi bizi çox sevindirdi. Şagirdimizi bu qələbə münasibəti ilə təbrik edir və gələcəkdə daha böyük uğurlara imza atmağı arzulayırıq.