"Nənəmin nağılları"

    "Biri vardı, biri yoxdu"-yaddaşlardan yaddaşa köçmüş, dillərdə yaşaya-yaşaya şirinləşən, mütaliənin özülü olan nağıllar.... Məktəbin kitabxanaçısı Leyla xanım Paşayevanın təşkilatçılığı ilə məktəbin  3 C sinif şagirdləri ilə bərabər "Nənəmin nağılları" adlı nümunəvi tədbir keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd ibtidai sinif şagirdləri arasında kitaba, mütaliəyə olan sevgilərini daha da artırmaq məqsədi ilə təşkil olunmuşdur.  Şagirdlər tədbirə çox həvəslə qoşulmuşdular. Nənə özü şagirdlərə nağıllar söylədi və şagirdlər özləri də sevdikləri nağılları danışdılar. Oxuduqları nağıllardan çıxartdıqları nəticələri təhlil etdilər. Hətta nənə onlardan yanıltmaclar, sınamalar, oyun nəğmələri, tapmacalar da soruşdu. Onlara diqqətli olmağa alışdırmaq üçün cırnatma da söylədi. Tədbir çox maraqlı və rəngarəng keçdi. Şagirdlərdə kitab oxumaq həvəsini artırdı və onlar üçün bir mütaliə mühiti yaratdı.  Sonda şagirdlər belə nümunəvi tədbir üçün Leyla xanıma xüsusi təşəkkürlərini bildirdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi