Rus yazıçılarının əsərlərinin debatı

 

      Məktəbimizin  9 e sinfində müəllim Rəsulova Gülnazın rəhbərliyi ilə ədəbiyyat dərsindən “Məhəbbət” mövzusunda nümunəvi dərs keçirildi.  Dərsdə üç dahi rus yazıçısının: A.İ.Kuprinin “Yasəmən kolu”, U.A.Buninin “Kavkaz”, A. Çexovun “Məhəbbət haqqında”  əsərləri təqdim edildi. Şagirdlər 3 qrupa bölündülər.  Onlar  əsərləri əvvəlcədən oxuyub qruplarla işlədilər və təqdimat hazırladılar. Təqdimatlarda yazıçı və əsərləri haqqında geniş məlumat verdilər.  Təqdimatlardan sonra debatlar keçirildi, geniş müzakirələrə yer verildi. Onlar öz fikirlərini sübut etmək üçün dəlillər topladılar. Həmçinin onlar müzakirə olunan mövzularda bəli, xeyr, bitərəf cavablarını verərək məsələyə öz fikirlərini bildirdilər. Debatların sonunda bitərəflərin çoxluğu hansı qrupa qoşuldusa o qrup qalib sayıldı.  Müəllim müzakirələrin  sonunda bildirdilər ki, çox sevindirici haldır ki, şagirdlərimiz milli dəyərlərimizə çox yüksək qiymət verirlər və hörmətlə yanaşırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi