Ataların valideyn iclası

      Valideyn iclasları məktəb həyatının mühüm atributlarından və məktəb fəaliyyətinin əsas elementlərindən biridir. Məktəb və valideynlər uşaqların  təlim-tərbiyəsinə, inkişafına bərabər təsir göstərdiyindən onların fəaliyyətlərinin qarşılıqlı əlaqələndirilməsi zəruridir. Bu əlaqələndirmənin əsas vasitəsi valideyn iclaslarıdır. Və bu işdə ataların əvəzsiz rolu olduğunu nəzərə alaraq məktəbimizdə ataların valideyn iclası keçirildi. Məktəbin direktoru Aygün xanım Əzizova valideynlərin nəzərinə çatdırdı ki,   iclasın əsas məqsədi valideynlərlə birgə uşaqların  təhsili və tərbiyəsinə aid problermlərin həlli yolarını axtarıb tapmaqdır. Həmçinin valideynlərin pedaqoji   maarifləndirilməsi, onlar sinfin həyatında iştiraka stimullaşdırmaq, şagirdlərin tərbiyəsinə görə məsuliyyət hissini artırmaqda iclasda əsas məsələlərdən idi.
İclasın əsas mövzuları 1.Valideyn iclasının əsas məqsədi valideynlərlə birgə uşaqların təhsil və tərbiyəsinə aid problemlərinin həll yollarını axtarıb tapmaqdır 2.İclasa hazırlaşmazdan əvvəl valideynlərin bu iclasdan gözləntilərini bir daha yada salmaq lazımdır 3.Şagirdlərin təlim nailiyyətlərinin təhlili 4. Siniflərdə olan psixoloji-emosional vəziyyətlə valideynlərin tanış edilməsi 5.Valideynlərlə fərdi söhbətlər 6. Yaş qrupuna aid xüsusiyyətləri yazmaq  7.Standrtlarla meyarlara əsasən tədrisin keyfiyyətinin yüksəldilməsi 8.Dresscode: formal(tund göy şalvar+ağ köynək) ; saç,geyim, aksessuar,telefon 9.Yeni nəsil Şəxsiyyət vəsiqəsinin alınması
Mən- kitab-kitabxana. (hər bir şagirdin oxuduğu kitablar haqqında təqdimatların qurulması) 10.    Təklif və iradlar 11.Davamiyyət  qayib limitinin aşması barəsində ətraflı  məlumatın verilməsi 12.Elektron monitorinqlərin hər ay keçirilməsi  və nəticələri
13.Evdə övladı üçün münasib şəraitin yaradılması 14.Şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə onları dərsdənkənar dərnəklərə yönədilməsi:
   Şahmat ,rəsm, üzgüçülük, qimnastika,idman
 15.Övladlarınızla dost olmağı ,onlara məsləhət verməyi ,dinləməyi bacarın və digər məsələlərdən ibarət idi. Gündəmdə olan bütün mövzular valideynlərlə bərabər müzakirə olundu. Həmçinin valideynlərin təklif və iradları, bir valideyn olaraq məktəbdən gözləntiləri dinlənildi.  Sonda valideynlər belə bir əhəmiyyətli təşəbbüs üçün rəhbərliyə təşəkkurlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi