26 fevral Xocalı soyqırımı günüdür

25 fevral 2022-ci tarixində məktəbin akt zalında Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirildi. Tədbirdə 269 nömrəli tam orta məktəbin rəhbərliyi, şagird və müəllim kollektivi iştirak etdi. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Daha sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Şaggirdlərin çıxışında Xocalı soyqırımına həsr olunmuş ədəbi bədii kompozisiya, şeirlər, bayatılar, mahnılar dinlənildi.Keçirilmiş tədbirdə şagirdlərə Xocalı faciəsi haqqda geniş məlumat verildi. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirməsi, Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insanın qalması , mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsinin şəhərdən çıxmaq məcburiyyətində qaldığı şagirdlərə yenidən xatırladıldı. Xocalı soyqırımı zamanı 613 nəfərin öldürüldüyü 1000 nəfər müxtəlif yaşlı dinc sakinin aldığı güllə yarasından əlil olduğu ,106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qocanın öldürüldüyü,8 ailənin tamamilə məhv edildiyi , faciə baş verən gecə 1275 nəfər dinc sakininin girov götürüldüyü, onların 150-sinin taleyinin indi də məlum olmadığı böyük ürək ağrısı ilə anıldı.Tədbirin sonunda məktəbin direktoru Alla Vəzirova tariximizin qanlı səhifələrini unutmamağı və bunu gələcək nəsillərə ötürməyinizi diqqətə çatdırdı.