Oğul sözlərimə yaxşı qulaq as,ata nəsihəti faydasız olmaz!

05.05.2021-ci il tarixində məktəbin azərbaycan dili və ədəbiyyat müəlimi Nadirova Ofelyanın təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş onlayn tədbir keçirildi.Tədbirin əvvəlində dahi şairimiz Nizami Gəncəvi haqqında, eləcə də mütaliənin şagirdlərimizin inkişafında rolundan danışdı.Sonra şagirdlər Nizami Gəncəvi yaradıcılığından hikmətli sözlər, şeirlər səsləndirdilər. Nizami Gəncəvi əsərlərinin vətənpərvərlik, əməksevərlik, dostluq mövzusunun indiki zamanla uyğunluğu müzakirə edildi.