XOCALI SOYQIRIMININ İYİRMİ SƏKKİZİNCİ İLDÖNÜMÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ

        Xocalı Soyqırımı Azərbaycan tarixində ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Planda qeyd olunan tədbirlərin  həyata keçirilməsi ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizi yad etmək, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədi daşıyır.Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq 269№-li tam orta məktəbin akt zalında silsilə tədbir keçirildi.Tədbirdə məktəb rəhbərliyi,müəllim və şagirdlər iştirak etdi.İlk öncə Azərbaycan Respubikasının Dövlət Himni səsləndirildi.Daha sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Şagirdlərimizin çıxışında “Xocalı soyqırımı”- na həsr olunmuş ədəbi bədii kompozisiya, şeirlər, bayatılar, mahnılar dinlənildi. Tədbirin sonunda məktəbimizin direktoru tariximizin qanlı səhifələrini unutmamağı və bunu gələcək nəsillərə ötürməyimizi diqqətə çatdırdı.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi