"Qərbin görünməyən üzü” adlı tədbir keçirilib

26.12.2015 -ci ildə “Cəmiyyət və Milli Dövlət” İctimai Birliyi “Qərbin görünməyən üzü” layihəsi çərçivəsində Bakının Xətai rayonunda yerləşən 264 saylı məktəb-liseydə şagirdlər və valideynlərlə görüş keçirmişdir. Tədbirdə Birliyin sədri, tarix elmləri doktoru Güllü Yoloğlu, sədr müavini Nuran Gündüzoğlu, ziyalılardan filosof-şair Asif Bayramov, politoloq Hülya Məmmədli də iştirak etmişdirlər. Tədbirin əsas təşkilatçıları olan 264 saylı məktəb-liseyin direktoru Sevda xanım Qocayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi İlahə Mehdizadə şagirdlərin maraq dairəsini nəzərə alaraq Qərbdən gələn bəzi zərərli məsələləri və onlarla mübarizə yollarını göstərən “Baal-Zevulun marionetlər” kitabının müəllifi gənc tədqiqatçı Nuran Gündüzoğlunun “Qərbin görünməyən üzü, Oğurlanmış nəsil” filminin nümayişini təşkil etmiş, şagirdlərlə müəllifin debatına geniş yer ayırmışdılar. Yuxarı sinif şagirdlərinin verdikləri suallar, irəli sürdükləri fikirlər onların maraq dairəsinin çox geniş olduğunu göstərir, etirafları isə “Baal-Zevulun marionetləri” kitabının onlara nə qədər müsbət təsir etdiyini, doğru yola yönləndirdiyini aşkar etdi. Tədbir iştirakçıları Nuran Gündüzoğlunun bu səpkili çıxışlarının bütün təhsil ocaqlarında dinlənilməsinə, onun “Baal-Zevulun marionetləri” kitabının isə yeniyetmələr arasında yayılmasınıa böyük ehtiyacın olduğunu vurğuladılar. Sonda məktəb-liseyin bir qrup istedadlı şagirdlərinin ifasında maraqlı rəqs, mahnı, şeir və musiqi nömrələri göstərildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi