Hər zaman uğura dogru

            264 nömrəli məktəb-liseyin informatika müəllimi Azərbaycan Respublikasının Əməkdar müəllimi Mətanət Əhmədova 2023-2024-cü tədris ilində eTwinninq layihələri çərçivəsində TC Kocaeli Memar Sinam adına İlk okul məktəbinin müəllimi Mehtab Kılıcla “THE FATURE” layihəsində tərəfdaş olaraq layihə üzərində çalışmışdır. Bu layihəyə 7”e” sinfindən bir qrup şagird cəlb olunmuşdur.

        Şagirdlər layihədə böyük həvəslə və məsuliyyətlə iştirak etmişlər. Layihənin uğurlu alınması şagirdlərimizin əzmlə çalışması nəticəsində olmuşdur.

         eTwinning layihələri şagirdlərə qlobal perspektiv vermək, müxtəlif mədəniyyətləri anlamaq və onların mədəni müxtəliflik haqqında məlumatlılığını artırmaq üçün əla fürsətdir.

        Bu layihələrdə şagirdlər digər ölkələrdən olan həmyaşıdları ilə ünsiyyət quraraq dil bacarıqlarını inkişaf etdirmək, mədəni fərqlilikləri anlamaq və qiymətləndirmək imkanı əldə edirlər.

#eTwinninq #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#vurtualməktəb #fəalməktəb #bakıməktəbləri

#MÜTDA

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi