Şagirdlərimiz qızıl və bürünc medal qazandılar

          SASMO -Sinqapur və Asya məktəblərinin riyaziyyat olimpiadası Qlobal səviyyədə 40-dan çox ölkədə təşkil olunur.

          SASMO olimpiadası hər il 1-11 ci siniflər arasında 3500 dən çox şagirdin iştirakı ilə keçirilir. Olimpiadada qızıl, gümüş, bürünc medal qazanan şagirdlər iyul ayında SİMOC, dekabr ayında STEAM Ahead olimpiadasında iştirak hüququ qazanır.

         Bu il 264 nömrəli məktəb-liseyin şagirdləri bu yarışda uğurla iştirak etmişdir. Məktəbimizin riyaziyyat müəllimi Alvina Həsənovanın dəstəyi ilə iştirakçı şagirdlərimizdən Həsənli Murad 7b sinif sagirdi qızıl medal qazanıb.

         O məktəb üzrə I, Azərbaycan üzrə VII yerdə qərar tutub. Həmçinin 7-ci sinif şagirdi Yusif Poladzadə bürünc, 8 c sinif şagirləri İsmayılov Məhəmməd və Teyyubzadə Yusif uğurlu iştirak sertifikatı qazanıb.

              Şagirdlərimizi rəhbərlik və kollektiv adından təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

#Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#vurtualməktəb #fəalməktəb #bakıməktəbləri

#SASMO #MÜTDA

 

 

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi