“Mənim səsim – mənim hüquqlarım” mövzusunda dəyirmi masa keçirilib

          Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Mənim səsim – mənim hüquqlarım” mövzusunda dəyirmi masa keçirilib.

2 iyun 2025-ci il tarixində keçirilən dəyirmi masada il ərzində fəallığı ilə seçilən 10 Ç sinif şagirdi Tərlan Əhədzadədə iştirak edib.

       Tədbir zamanı “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026–2030-cu illər üçün Fəaliyyət Planı”na dair uşaqlar tərəfindən irəli sürülən təkliflərin müzakirəsi keçirilib, uşaq hüquqları ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb, müvafiq tövsiyələr verilib.

          Eyni zamanda şagirdimizə Uşaq Səfirlər Məclisinin yeni üzvü seçilməsi münasibətilə Bahar xanım Muradova tərəfindən vəsiqə təqdim edilib.

         Şagirdimizi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik!

#MÜTDA #EduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#vurtualməktəb #fəalməktəb #bakıməktəbləri

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi