“Heydər Əliyev və İnsan hüquqları” mövzusunda tədbir keçirilib

Mayın 26-da Xətai Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin birgə təşkilatçılığı ilə 264 nömrəli məktəb-liseydə “İnsan Hüquqları Aylığı” çərçivəsində “Heydər Əliyev və İnsan hüquqları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov və müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları Nuru İmanov və Elşən Quluzadə, məktəb-liseyin direktoru Mehriban Mustafayeva, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda bildirilib ki, insan hüquq və azadlıqlarının təmin edilməsi müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsinə çevrilməklə, vətəndaş cəmiyyətinin başlıcа meyarı sayılır. İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra insan hüquq və azadlıqlarının təmin edilməsi respublikamızda gedən böyük demokratik proseslərin tərkib hissəsi kimi dövlətin diqqət mərkəzində saxladığı prioritet məsələlərdən biri olub. Bəşəri dəyərlər əsasında hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının ilk Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatının dövlətin ali məqsədi olduğu təsbit edilib.
#MÜTDA #EduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey
#vurtualməktəb #fəalməktəb #bakıməktəbləri