4-cü siniflərdə buraxılış tədbiri keçirilib

          Məktəb-liseyin ibtidai sinif müəllimi Olqa Şvets və Ədilə Quliyevanın rəhbərliyi ilə 4d ve 4e sinif şagirdlərinin buraxılış tədbiri keçirildi. Bir-birindən maraqlı çıxışları ilə şagirdlər tədbir iştirakçılarını sevindirdilər.

         Tədbirdə şagirdlərlə yanaşı məktəb rəhbərliyi, müəllimlər və valideynlər də iştirak ediblər. Tədbir şagirdlərin ifasında vətənə, müəllimə, məktəbə aid müxtəlif şeirlərin səsləndirilməsi, rəngarəng səhnəciklərin nümayişi ilə davam edib. IV sinif şagirdləri ibtidai sinif müəllimlərinə minnətdarlıq edib, yuxarı siniflərdə də göstərilən etimadı doğruldacaqlarına söz veriblər.

         Məktəbin direktoru Mehriban xanım Mustafayeva dördüncüləri təbrik etdi və öz səmimi arzularını bildirdi.

        Onu da qeyd edək ki, məktəb-liseyin məzunları ibtidai sinif müəllimləri olan Olqa Şvetslə gorüş gəlmiş, məktəb xatirələrinin onların həyatlarında xoş bir xatirə kimi qaldığını, hazırkı peşə fəaliyyətlərindəki uğurlarına görə məktəbə və onlara dərs deyən müəllimlərə borclu olduqlarını bildirdilər.

#MÜTDA #EduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#vurtualməktəb #fəalməktəb #bakıməktəbləri

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi