4 q sinif şagirdlərinin buraxılış tədbiri keçirilib

Məktəb-liseyin Gülər Şamilovanın rəhbərliyi ilə 4 q sinif şagirdlərinin buraxılış tədbiri keçirildi. Şagirdlər müəllimlərin və valideynlərin qarşısında maraqlı və rəngarəng çıxışları ilə bir daha özlərinin bacarıqlı olduqlarını göstərdilər. Sevimli müəllimləri Gülər Şamilova ilə ayrılmaq onlar üçün nə qədər çətin olsa da təhsilin yeni pilləsinə qədəm qoymaq onlara sevinc bəxş edirdi. Bir-birindən maraqlı çıxışları ilə kiçik fidanlarımız tədbir iştirakçılarını sevindirdilər. Məktəbin direktoru Mehriban xanım Mustafayeva dördüncülərə öz səmimi arzularını bildirdi, onlara 4 il bilik və bacarıqlar öyrətmiş müəllimlərə minnətdarlığını bildirdi.
https://www.facebook.com/100002947387817/videos/pcb.9746167788824704/1017310467273360
https://www.facebook.com/100002947387817/videos/pcb.9746167788824704/1248678103263742
#MÜTDA #EduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey