“Uğur Yolu ilə” – İstedadlı şagirdlərlə görüş təşkil edildi.

“Uğur Yolu ilə” – İstedadlı şagirdlərlə görüş.

Məktəbimizdə xüsusi bir tədbir baş tutdu. Məktəbin direktoru Nurqələm xanımın ideyası və uşaq birliyi rəhbəri Aynur Qənbərovanın təşkilatçılığı ilə keçirilən bu görüşdə Respublika fənn olimpiadasının qalibi Rəhman və buraxılış imtahanında 300 bal toplayan Fatimə öz uğur hekayələrini paylaşaraq, şagirdlərimizə ilham verdilər. Tədbirdə 4–9-cu siniflərdə təhsil alan, beynəlxalq və respublika səviyyəli olimpiadalarda fərqlənmiş istedadlı şagirdlərimiz də iştirak etdilər. Onların nailiyyətləri bizim fəxrimizdir. Eyni zamanda, şagirdlərimizin uğurunda böyük pay sahibi olan valideynlərimizə təşəkkürnamələr təqdim olundu. İstedad və zəhmət birləşəndə, nəticə hər zaman qürurverici olur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi