4-cü sinif şagirdlərinin ingilis dili fənni üzrə dinləmə və anlama bacarıqları yoxlanıldı.

Təlim tərbiyə işləri üzrə direktor müavini Şəhla Muradovanın rəhbərliyi və ingilis dili müəllimi Elnarə Qurbanovanın təşkilatçılığı ilə növbəti tədris ilinə hazırlıq məqsədilə 4-cü sinif şagirdlərinin ingilis dili fənni üzrə dinləmə və anlama bacarıqları yoxlanıldı. Bu tapşırıqların əsas məqsədi – şagirdlərdə dinləmə və anlama qabiliyyətini formalaşdırmaq və inkişaf etdirmək, onların dil bacarıqlarını daha da möhkəmləndirmək və beynəlxalq qiymətləndirmə meyarlarına uyğun istiqamətdə irəliləyişə dəstək olmaqdır. Bu yeni yanaşma sayəsində şagirdlər yalnız oxuma və yazma deyil, eyni zamanda dinləmə bacarığını da inkişaf etdirərək dörd əsas dil bacarığını (dinləmə, danışma, oxuma, yazma) balanslı şəkildə formalaşdırırlar. Gələcəkdə daha geniş miqyasda tətbiqi nəzərdə tutulan bu addım, erkən yaşlardan şagirdlərə effektiv dil öyrənmə mühitinin yaradılmasına xidmət edir.