Uğur qazanan şagirdlərimizlə görüş təşkil olundu.

Məktəbimizdə tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 200-dən yüksək bal toplamış şagirdlərimizlə möhtəşəm bir görüş baş tutdu. Onların uğuru məktəb kollektivimizə böyük sevinc və qürur yaşatdı. 250-dən yuxarı bal toplayan şagirdlərimiz Fəxri Fərmanla, 200-dən yuxarı nəticə göstərənlər isə Tərifnamə ilə təltif olundu. Fərqlənən şagirdlər səhnəyə dəvət olundu, onlara söz verildi və uğurlarına görə xüsusi təbriklər səsləndirildi. Bu uğurun əsasını qoyan ibtidai sinif müəllimlərimiz də tədbirdə iştirak edərək öz ürək sözlərini və təbriklərini bölüşdülər.

Hər fənn üzrə maksimum – 100 bal toplayan şagirdlər isə tədbirin ən seçilən qəhrəmanları oldular!

Uğurlarınız bol olsun, əziz şagirdlər!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi