Valideynlərlə görüş keçirildi.

Məktəbin fəaliyyət planına əsasən təhsil prosesində önəmli mərhələdə olan 9-cu sinif şagirdlərinin və eyni zamanda risk qrupuna daxil olan siniflərin valideynləri ilə geniş formatda görüş keçirildi. Görüşün əsas məqsədi – valideynləri övladlarının təlim-tərbiyə prosesində daha yaxından iştirak etməyə təşviq etmək, mövcud problemləri birgə müzakirə etmək və onların həlli istiqamətində əməkdaşlıq imkanlarını genişləndirmək idi.

Valideynlərə övladlarının dərsə davamiyyəti, nizam-intizamı, dərs nailiyyətləri və psixoloji durumu ilə bağlı ətraflı məlumat verildi. Bununla yanaşı, risk qrupuna daxil olan şagirdlərlə bağlı görülən qabaqlayıcı tədbirlər, əlavə dəstək mexanizmləri və fərdi yanaşma üsulları haqqında da geniş təqdimat olundu. 9-cu sinif valideynləri ilə isə buraxılış imtahanları, gələcək ixtisas seçimi və peşə yönümlü istiqamətlərə dair vacib məsələlər müzakirə olundu.

Bu cür görüşlər valideynlə məktəb arasında körpü rolunu oynayır, birgə məsuliyyət hissini gücləndirir və təhsildə uğur üçün möhkəm zəmin yaradır. Məktəb olaraq inanırıq ki, uşaqların inkişafı üçün ailə və məktəb arasında sıx əməkdaşlıq vacibdir və bu istiqamətdə atılan hər bir addım gələcəyimizə sərmayədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi