Məktəbimizdə 9 May Faşizm üzərində Qələbə Günü qeyd olundu!

Məktəbimizdə UBT rəhbəri Aynur Qənbərovanın təşkilatçılığı, 7d sinif şagirdləri və sinif rəhbəri Zümrüd Eldarovanın iştirakı ilə Faşizm üzərində Qələbənin 80-ci ildönümünə həsr olunmuş maraqlı dəyirmi masa keçirildi.

Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirdilər, səhnəcik nümayiş etdirdilər və xüsusi slayd təqdimatı ilə II Dünya Müharibəsinin qəhrəmanlıq dolu səhifələrinə səyahət etdilər.

Tədbirin sonunda məktəb rəhbərliyi çıxış edərək belə layihələrin şagirdlərdə milli ruhun, vətənə sevginin formalaşmasında əhəmiyyətini vurğuladılar və müəllimlərə təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi