Yazıçı Fərman Kərimzadənin "Qarlı Aşırım" əsəri ətrafında maraqlı bir müzakirə keçirildi.

Aynur Qənbərovanın təşəbbüsü, ədəbiyyat müəllimlərimiz Ayşən xanım və Səbinə xanımın təşkilatçılığı ilə 6d və 8a sinif şagirdlərinin iştirakı ilə yazıçı Fərman Kərimzadənin "Qarlı Aşırım" əsəri ətrafında maraqlı bir müzakirə keçirildi. Tədbirdə məktəbimizin direktoru, direktor müavinləri, müəllimlər və şagirdlər iştirak etdilər.
Şagirdlərin debatı, səhnəciklərlə əsərə yanaşması, təqdim etdikləri videoçarx və verdikləri maraqlı məlumatlar tədbiri daha da zənginləşdirdi. Sonda Rəşadın tar ifası tədbirə xüsusi bir ahəng qatdı.
Belə tədbirlər şagirdlərimizin ədəbiyyata marağını artırmaqla yanaşı, onların nitq, düşüncə və təqdimat bacarıqlarını da inkişaf etdirir.
Əməyi keçən hər kəsə təşəkkür edirik!