"Konstitusiya və Suverenlik İli" çərçivəsində maraqlı və yadda qalan tədbir.

Məktəbimizdə "Dövlət rəmzlərimiz" mövzusunda dəyirmi masa keçirildi. Tədbir UBT rəhbəri Aynur Qənbərovanın təşəbbüsü və 6b sinif şagirdləri ilə sinif rəhbəri Nəzakət Ağayevanın təşkilatçılığı ilə baş tutdu. Şagirdlər dövlət rəmzlərimiz olan bayraq, himn və gerb haqqında maraqlı məlumatlar paylaşdılar. Tədbirdə rəngarəng rəsmlər, əllə hazırlanmış divar qəzeti, slayd təqdimatları, vətənpərvər musiqi nömrələri və şeir parçaları nümayiş olundu. Bu çıxışlar həm bilik yönündən, həm də estetik baxımdan olduqca yüksək səviyyədə idi.

Tədbirdə məktəbin direktoru və direktor müavini də iştirak edərək dövlət rəmzlərinin tarixi, mənəvi və hüquqi əhəmiyyəti barədə öz dəyərli fikirlərini bölüşdülər, şagirdlərin fəallığını yüksək qiymətləndirdilər. Bu kimi tədbirlər şagirdlərdə vətənpərvərlik hissinin gücləndirilməsi, dövlətə və dövlətçiliyə bağlılığın aşılanması, dövlət rəmzlərinə hörmət ruhunun formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Tədbirdə əməyi keçən hər kəsə təşəkkür edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi