"Bulinq: Sosial, Pedaqoji və Psixoloji Problem kimi" mövzusunda dəyirmi masa keçirildi.

UBT rəhbəri  Aynur Qənbərovanın təşkilatçılığı, sinif rəhbəri Elnarə Əsgərovanın və 8 d sinif şagirdlərinin iştirakı ilə keçirilən dəyirmi masa şagirdlər üçün həm maarifləndirici, həm də düşündürücü bir təcrübə oldu. Məktəbin direktoru Nurqələm xanım , direktor müavini və psixoloqlar tədbirə qatılaraq öz dəyərli fikirlərini bölüşdülər, şagirdləri daha tolerant, anlayışlı və dəstəkverici olmağa təşviq etdilər. Onların səmimi çıxışları tədbirin təsir gücünü daha da artırdı. Tədbirdə 8d sinif şagirdi Əfsanə öz təşəbbüsü ilə hazırladığı maraqlı proqramla – təqdimat (slayd), məlumat topluları və düşündürücü videoçarxla – iştirakçıların diqqətini bulinqin acı reallıqlarına yönəldə bildi. Əfsanənin çıxışı tədbirə xüsusi rəng qatdı və böyük maraqla qarşılandı. Şagirdlərin çıxışları, kiçik səhnəcik hər kəsin marağına səbəb oldu.

Sonda UBT rəhbəri Aynur Qənbərova tərəfindən aparılan anonim sorğu isə şagirdlərin bu mövzuya yanaşmalarını və yaşadıqları real təcrübələri daha yaxından öyrənmək üçün bir fürsət oldu.

Bu tədbir şagirdlərə bir daha xatırlatdı ki, "Hər bir insan hörmətə və sevgiyə layiqdir" və məktəb birlikdə gücləndiyimiz bir ailədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi