"Narkotiklərə birgə YOX deyək!"

Bu gün məktəbimizdə UBT rəhbəri Aynur Qənbərovanın təşkilatçılığı ilə 8ç sinif şagirdləri ilə birlikdə "Narkotiklərə birgə, YOX deyək!" adlı dəyirmi masa keçirildi.

Tədbirdə maraqlı məlumatlar, şagirdlərin hazırladığı rəsmlər, divar qəzeti, slayd təqdimatları və videoçarxlar nümayiş olundu. Şagirdlər zərərli vərdişlərin fəsadları barədə maarifləndirildi, öz fikirlərini bölüşdülər və sağlam həyat tərzinin vacibliyini vurğuladılar. Tədbirdə məktəbimizin direktoru, psixoloqu, direktor müavini və müəllimi də iştirak edərək tədbirə dəyərli töhfələr verdilər.

Bir daha vurğulandı: Sağlam gələcək üçün Narkotiklərə BİRGƏ YOX deyək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi