4b sinif şagirdlərindən şəhid məzunumuza dərin ehtiram.

Xətai rayonu A.Xəlilov adına 263 nömrəli tam orta məktəbin 4b sinif şagirdləri və onların sinif rəhbəri Səmiyyəxanım müəllim 1-ci Qarabağ müharibəsi şəhidi, məktəbimizin fəxri məzunu Allahverdi Xəlilovun xatirə lövhəsinin önünə gül dəstələri qoyaraq, qəhrəman şəhidimizin xatirəsini dərin ehtiramla yad etdilər.
Bu səssiz, lakin mənalı ziyarət uşaqların qəlbində vətən sevgisinin, şəhidlərimizə olan minnətdarlığın necə böyük olduğunun bariz nümunəsi idi.
Şəhidlər ölməz, Vətən bölünməz!
Allahverdi Xəlilovun ruhu qarşısında baş əyirik!