Şəhid məzunumuz Allahverdi Xəlilovun xatirəsinə həsr olunmuş anım tədbiri.

Xətai rayonu A.Xəlilov adına 263 nömrəli tam orta məktəbdə məktəbin ubtr Aynur Qənbərovanın təşkilatçılığı və 5d sinif şagirdlərinin iştirakı ilə qəhrəman məzun,
1-ci Qarabağ müharibəsinin şəhidi Allahverdi Xəlilovun əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi.
Tədbirdə məktəb rəhbərliyi, şəhidimizin əziz anası və bacısı, müəllim və şagird kollektivi iştirak etdilər.
Şagirdlərin təqdim etdiyi şeirlər, səhnəciklər, ifa olunan vətənpərvərlik ruhlu mahnılar, eləcə də şəhidimizin həyat və döyüş yolunu əks etdirən videoçarx tədbiri daha da duyğulu və mənalı etdi.
Tədbirin hər anı şəhidimizin müqəddəs xatirəsinə hörmət və ehtiramla keçirildi. Allahverdi Xəlilovun adını daşıyan məktəb olaraq onunla fəxr edirik və onu heç zaman unutmayacağıq.