Onlayn monitorinq imtahanı keçirildi.

Məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini Muradova Şəhlanın rəhbərliyi ilə IV sinif şagirdləri arasında buraxılış fənləri üzrə onlayn monitorinq imtahanı təşkil olundu.
Bu monitorinqin əsas məqsədi şagirdləri Rəqəmsal BSQ-yə hazırlamaq, bilik səviyyəsini dəyərləndirmək, həmçinin onların gələcək imtahanlara psixoloji və texniki baxımdan hazırlıq durumunu yoxlamaqdan ibarət idi. Şagirdlərimiz yeni formatda keçirilən bu prosesdə böyük maraq və aktivlik göstərdilər. Prosesin uğurla başa çatmasında əməyi keçən bütün müəllim heyətinə təşəkkür edirik. Şagirdlərimizə növbəti mərhələlərdə uğurlar arzu edirik!