Fəxrimiz Fatimə Abbaslı.

Məktəbimizin XI sinif şagirdi Abbaslı Fatimə tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum 300 bal toplayaraq böyük nailiyyət əldə edib!
Məktəb direktoru tərəfindən təşəkkürnamə ilə təltif olunan Fatimə ilə yanaşı yüksək nəticə göstərən digər şagirdlərimiz də kollektivimiz tərəfindən təbrik olundu.
Əziz şagirdlərimiz, sizin uğurunuz bizim qürurumuzdur! Gələcək imtahanlarda da hər birinizə uğurlar arzulayırıq!