STEAM ruhu ilə yaradılan incilər!

Şagirdlərimizin əl işlərini sizə təqdim edirik – Texnologiya müəllimlərimizə təşəkkürlər!

Məktəbimizdə həyata keçirilən STEAM layihəsi çərçivəsində şagirdlərimiz öz yaradıcı ideyalarını gerçəyə çevirdilər. Texnologiya dərslərində qazandıqları bilik və bacarıqları tətbiq edərək maraqlı və funksional əl işləri hazırladılar. Bu layihə, onların düşünmə, araşdırma və tətbiq etmə bacarıqlarını inkişaf etdirməklə yanaşı, gələcəyin mühəndis və dizaynerlərinə bir addım daha yaxınlaşmalarına imkan yaratdı. Bu uğurlu işlərin arxasında dayanan, daim dəstək verən və istiqamət göstərən dəyərli texnologiya müəllimlərimizə xüsusi təşəkkür edirik! Onların səyləri və əzmi sayəsində şagirdlərimiz öz potensiallarını kəşf etdilər və bu gün qürurla təqdim etdiyimiz işləri ərsəyə gətirdilər.

Gələcəyin qurucularına dəstək olmaqdan məmnunuq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi