Fibonacci Beynəlxalq Olimpiadasında iştirak edən şagirdimiz Kazımzadə Gülər uğur qazanıb və mükafatlandırılıb.

Məktəbimizin çalışqan və istedadlı şagirdi Kazımzadə Gülər, Fibonacci Beynəlxalq Olimpiadasında iştirak edərək uğur qazanıb və mükafatlandırılıb!
Gülər təkcə dərslərində deyil, həm də müxtəlif fənn olimpiadalarında və elmi layihələrdə daim fəallıq göstərir. Onun elmə olan marağı, əzmkarlığı və davamlı səyləri nümunəvidir.
Səni ürəkdən təbrik edirik, Gülər! Uğurların bol, yolun hər zaman açıq olsun!