Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə ağacəkmə aksiyalarına start verilib.

Məktəbimizin fəaliyyət planına uyğun olaraq Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə bir sıra tədbirlərə start verilib. Bu tədbirlər çərçivəsində 5b, 5ç, 7a və 7c siniflərinin iştirakı ilə məktəbyanı sahədə ağacəkmə aksiyası təşkil olunub.

Şagirdlərə ayrılmış sahədə müxtəlif ağaclar, dekorativ güllər və kollar əkilib. Bu həm ekoloji düşüncənin formalaşması, həm də ətraf mühitin qorunmasına töhfə baxımından olduqca önəmlidir.

Əməkdaşlıq edən hər kəsə təşəkkür edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi