Aprel Şəhidlərinə həsr olunan tədbir – Kiçik qəlblərdə böyük vətən sevgisi.

Məktəbin uşaq birliyi təşkilatı rəhbəri  Aynur Qənbərovanın təşkilatçılığı ilə 4d sinif şagirdləri və sinif müəllimi Təranə Şahmalıyeva iştirakı ilə 2016-cı ilin  Aprel döyüşlərinə həsr olunmuş vətənpərvərlik ruhunda tədbir həyata keçirildi.

Bu tədbirdə balaca qəhrəmanlarımız şəhidlərimizin əziz xatirəsini böyük hörmət və sevgi ilə yad etdilər. Onların səhnəcikləri, şeirləri və bayraqla çıxışları bir daha göstərdi ki, vətən sevgisi yaşdan asılı deyil, o, qəlbdə doğulur və nəsildən nəslə ötürülür. Xüsusilə idmançı şagirdimiz Əlinin bayraqla səhnəyə çıxaraq söylədiyi güclü və inamlı sözlər hər kəsin qürur hissini artırdı.

Tədbir boyu "Şəhidlər ölməz, Vətən bölünməz!" sədaları içimizi titrətdi...

Qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Qarabağ Azərbaycandır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi