“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Xətai rayonunda Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 56 saylı tam orta məktəbdə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-Siyasi, Humanitar şöbəsinin əməkdaşı Mirtural Mirsoltanov, Bakı Şəhər Gənclər və İdman İdarəsi Xətai rayon sektorunun müdiri Tural Əhmədli, inşa müsabiqəsində qalib olan şagirdlər iştirak ediblər.
Xətai rayon məktəbləri üzrə 14 şagird müsabiqədə qalib gələrək yekun turda iştirak ediblər.
Məktəbimizin 8d sinif şagirdi Salahlı Əfsanə və 11a sinif şagirdi Tayıbzadə Fidan qalib şagirdlər sırasında idi. Qalib olan şagirdlər inşalarını təqdim ediblər.
Tədbirin sonunda qalib şagirdlərə diplomlar və hədiyyələr təqdim olunub.