Gənc Qələmlərdən böyük uğur.

Məktəbimizdə ədəbiyyata maraq göstərən şagirdlər üçün “Gənc Yazar” hekayə müsabiqəsi keçirildi. Yaradıcılıq ruhunun təşviqi məqsədilə təşkil olunan bu müsabiqə Firuzə Məmmədovanın təşkilatçılığı, eləcə də Hüseynzadə Ayşən və Əliyeva Vəfa müəllimlərin dəstəyi ilə gerçəkləşdi.

İştirakçı şagirdlərin qələmə aldıqları hekayələr münsiflər tərəfindən diqqətlə qiymətləndirildi. Müsabiqənin sonunda fərqlənən şagirdlər seçilərək məktəb direktoru tərəfindən Tərifnamə ilə təltif olundular. Yaradıcılıq qabiliyyətini nümayiş etdirən bütün şagirdlərimizi təbrik edir, gələcəkdə daha böyük ədəbi uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi