Aprel Döyüşləri – Qəhrəmanlıq Tariximizdir.

8a sinfinin şagirdləri və tarix müəllimli Vəliyeva Aynurənin rəhbərliyi ilə 2016-cı ilin Aprel döyüşlərinə həsr olunmuş dəyirmi masa təşkil olundu. Tədbirin əsas məqsədi Azərbaycan Ordusunun qəhrəmanlığını və vətən uğrunda canından keçən şəhidlərin xatirəsini yad etmək olmuşdur.
Tədbir zamanı Aynurə müəllim Aprel döyüşlərinin səbəbləri, gedişatı və nəticələri haqqında məlumat vermiş, şagirdlər qəhrəman hərbçilərimizin göstərdiyi şücaətlərdən danışıblar.
Aprel döyüşləri, Azərbaycan xalqının birliyi və ordusunun gücünü nümayiş etdirmiş mühüm hadisə kimi tarixdə qalacaq. Belə tədbirlər şagirdlərdə vətənə sevgi və tarixi yaddaşın formalaşmasına xidmət edir.