Buraxılış imtahanına hazırlıq çərçivəsində monitorinq təşkil edildi.

Məktəb rəhbərliyi tərəfindən 9-cu sinif şagirdlərinin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün monitorinq keçirildi. Buraxılış fənləri üzrə təşkil olunan bu yoxlama imtahanı şagirdlərin hazırki səviyyəsini müəyyən etmək və onları imtahana daha yaxşı hazırlamaq məqsədi daşıyır. Monitorinqin nəticələri müzakirə olundu və buna əsasən şagirdlərə fərdi tövsiyələr verildi.