"Təmizlik ayı" layihəsi çərçivəsində məktəbimizin təmizliyinə xüsusi diqqət edən əməkdaşlarımızı təbrik edirik!
Məktəbimizin hər zaman səliqəli və təmiz qalması üçün əzmlə çalışan texniki işçilərimiz direktor tərəfindən mükafatlandırıldı. Onların zəhməti sayəsində şagirdlərimiz daha rahat və xoş mühitdə təhsil alırlar. Sizə minnətdarlığımızı bildiririk və bu nümunəvi təşəbbüsün davamlı olmasını arzulayırıq!