Respublika Fənn Müsabiqəsinin yarımfinalçıları ilə görüş keçirildi.

Məktəbimizin direktoru Respublika Fənn Müsabiqəsinin (RFM) yarımfinal mərhələsinə yüksələn şagirdlərlə görüşərək onları təbrik etdi və növbəti mərhələdə uğurlar arzuladı.
Bu uğurun arxasında yalnız şagirdlərimizin əzmi deyil, həm də onların bilik və bacarıqlarını formalaşdıran fənn müəllimlərimizin böyük zəhməti dayanır. Müəllimlərimizin yorulmaz əməyi və dəstəyi sayəsində şagirdlərimiz yüksək nəticələr əldə edir və məktəbimizi uğurla təmsil edirlər. Şagirdlərimizə və onların uğurunda əməyi keçən müəllimlərimizə təşəkkür edirik. Növbəti mərhələdə hər birinizə uğurlararzulayırıq.