Ayın Şagirdi Layihəsi – Ən yaxşıların seçimi.

Məktəbimizin 5-9-cu sinifləri arasında keçirilən "Ayın Şagirdi" layihəsi çərçivəsində qaliblərimiz müəyyən olunub. Firuzə Məmmədovanın rəhbərliyi ilə təşkil olunan bu layihədə şagirdlərin davamiyyəti, geyim forması, akademik nailiyyətləri və davranışı nəzərə alınıb. Əlbəttə ki, bu uğurda sinif rəhbərlərinin də dəstəyi xüsusi rol oynayıb. Onların zəhməti sayəsində şagirdlərimiz məsuliyyətli və uğurlu fərdlər kimi formalaşırlar. Qaliblər təşəkkürnamə ilə təltif olundular. Onları ürəkdən təbrik edir, uğurlarının davamını arzulayırıq!