"Milli dəyərlərimiz və Novruz adətləri" adlı maraqlı və rəngarəng yarış təşkil olundu.

Məktəbin direktoru Nurqələm xanımın ideyası, UBT rəhbəri  Aynur Qənbərovanın təşkilatçılığı ilə 7-ci və 8-ci sinif şagirdləri arasında "Milli dəyərlərimiz və Novruz adətləri" adlı maraqlı və rəngarəng yarış təşkil olundu. Şagirdlər Novruz bayramının ənənələrini, milli dəyərlərimizi və adət-ənənələrimizi nümayiş etdirərək, bilik və bacarıqlarını sınadılar.

Yarışda komandalar müxtəlif tapşırıqları yerinə yetirdilər, Novruzun rəmzlərini təqdim etdilər, şeirlər səsləndirdilər və maraqlı səhnəciklər göstərdilər. Tədbir həm maarifləndirici, həm də əyləncəli keçdi.

Qalib gələn komandaları təbrik edir, bütün iştirakçılara təşəkkür edirik!  Uşaqlarımızın milli dəyərlərimizi öyrənməsi və yaşatması bizim üçün ən böyük qazancdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi