"Ümumidünya Mülki Müdafiə Günü" münasibəti ilə bir sıra tədbirlər təşkil edildi.

Məktəbimizdə Mülki Müdafiə qərərgah rəisi Şəhla Muradovanın təşkilatçılığı, G.Ç.H.müəllimi Səməd Əliyev və sinif rəhbərləri tərəfindən "Ümumidünya Mülki Müdafiə Günü" münasibəti ilə II, V və VI siniflərdə bir sıra tədbirlər keçirilmişdir. Fərdi mühafizə vasitələrindən istifadə və ilkin tibbi yardım göstərilməsi qaydaları şagirdlərə praktiki şəkildə nümayiş etdirilmişdir. Ümumiyyətlə məqsəd bütün şagirdlərin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə biliklərin və əməli vərdişlərin artırılması olmuşdur.